Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günündə Aşıq Pəri məclisi təşkil olunub.
Bizim.Media xəbər verir ki, festivalda cəmiyyətin tanınmış simaları da iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyi QEYD OLUNDU - FOTO
Aşıq Pəri məclisində vətənpərvərlik mahnıları səsləndirilib. Festivala gələnlər musiqi sədaları altında həm yazıçıların təqdim etdiyi kitablarla tanış olublar, həm də tədbir çıxışçılarını dinləyiblər.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media