Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyi QEYD OLUNDU - FOTO

Hazırda oxunan: Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyi QEYD OLUNDU - FOTO

194511

Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Naxçıvanın 100 illiyinə həsr olunan tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Fariz Yunisli, Hüseyn Bağıroğlu, İbrahim Yusifoğlu, Allahverdi Aqil, Adilə Nəzər, Məhəmməd Tahir çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Yazıçı Zəhra Səfəralıqızının kitabları FESTİVALDA nümayiş olundu – FOTO 


Çıxışçılar Naxçıvanın inkişaf yolundan, tarixindən, mədəniyyətindən bəhs ediblər. 

Bildiriblər ki, Naxçıvanda gedən mədəni proseslərin artıq geniş auditoriyaya çıxması Naxçıvan əhalisinin sevincinə səbəb olur.     

Filologiya elmləri doktoru, yazıçı Zülfiyyə Əsgərzadə Bizim.Media-ya bildirib ki, bu günlər naxçıvanlılar üçün ikiqat bayramdır:

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2023-cü ildə Naxçıvanın 100 illiyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu, bizim ikiqat bayramımızdır. Çünki artıq Azərbaycanın zəfərini yaşayırıq. Biz də elm adamları olaraq Naxçıvanın inkişafına öz töhfələrimizi verməkdən qürur duyuruq”.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin