Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının beşinci günüdür.
Bizim.Media-nın masasında Tarix üzrə fəlsəfə doktoru Günay Həsənovanın kitablarının imza günü keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Şairə Almaz Alıqızının İMZA günü KEÇİRİLDİ – FOTO
Bizim.Media xəbər verir ki, imza günündə yazıçının “Azərbaycan xalqının ənənəvi məişət mədəniyyəti” kitabı oxuculara təqdim olunub.
Kitab tarixi etnoqrafik tədqiqat işidir.
Günay Həsənova Qərbi Kaspi Universitetinin Tarix kafedrasın müəllimidir.
Xatırladaq ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival mayın 31-dək davam edəcək.
Bizim.Media