Dörd məktəb direktoru İŞDƏN ÇIXARILDI

Hazırda oxunan: Dörd məktəb direktoru İŞDƏN ÇIXARILDI

194388

15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb.

Bizim.Media xəbər verir ki, yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkarlanıb.

İdarədən verilən xəbərə görə, həmçinin yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Aysel Mübariz qızı Həmidova 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:

"Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir".

Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Quliyeva işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin