Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media-nın masasında şairə Dilguşə Gülümcanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairənin kitabları oxucuların diqqətinə çatdırılıb və maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Elmira Aslanxanlı Turanın imza günü keçirildi – FOTO
Onun kitablarında daha çox vətənpərvərlik və məhəbbət xatirələri mövzusuna yer verilib.
6 kitab müəllifi olduğunu deyən Dilguşə Gülümcanın "Özümü axtatıram", "Sabaha oyanan ümidlər", "Məni məndən soruş", "Çətin yoldayam" kitabları da nümayiş olunub.
Onun "Sevgi quyusu" adlı ilk şeirlər kitabı 2014-cü ildə çap olunub.
Xatırladaq ki, Dilguşə Gülümcan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. "Media qızıl qələm" mükafatına layiq görülüb.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival ayın 31-dək davam edəcək.
Bizim.Media