Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında Bizim.Media.nın masasında şair Elmira Aslanxanlı Turanın imza günü keçirilib.
Bizim.Media xəbər verir ki, şairin kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Şairə Zöhrə Qaraqızının imza günü KEÇİRİLDİ - FOTO
Onun kitablarında daha çox vətənpərvərlik və məhəbbət mövzusuna yer verib. 18 kitab, 3 tərcümə müəllifidir.
Oxucular şairin "Qarabağ harayı", "Haqq yolunun yolçuları", "Zəfər qoxulu oğullar", "Şəhidliyin Turan rəngi" kitabları ilə tanış olublar.
Onun "Cəbrayıl həsrətli ömrüm" adlı ilk şeirlər kitabı 1993-cü ildə çap olunub. Şairə saytımıza açıqlamasında festivalın kitaba olan marağı, sözə olan dəyəri artırdığını deyib.
Xatırladaq ki, Elmira Aslanxanlı Turan Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Türkdilli Ədəbiyyat Yazarlar İttifaqının üzvüdür.
"Azərbaycan bayrağı" media mükafatlarının laureatıdır. Türkiyədə və Təbrizdə kitabları çap olunub. Atatürk medalına layiq görülüb.
Xatırladaq ki, o, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival ayın 31-dək davam edəcək.
Bizim.Media