Bu gün III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə şairə Zöhrə Qaraqızının imza günü keçirilib.
Bizim.Media-nın masasında təqdim olunan şairənin kitabları maraqla qarşılanıb.
MÖVZU İLƏ BAĞLI:
Şair Ağaverdi Nəsirovun imza günü keçirilib - FOTO
Z.Qaraqızı kitablarında daha çox vətənpərvərlik mövzularına toxunduğunu deyib.
7 kitab müəllifi olan şairə oxucularını "Vətən eşqim", "Yolumu gözləyir Kərəm qayası", "Sevgi payı", "Sevgi boğçası" kitabları ilə tanış edib.
Onun "Əfsanə" adlı ilk şeirlər kitabı 1998-ci ildə çap olunub.
Xatırladaq ki, Zöhrə Qaraqızı Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Prezident mükafatçısıdır. "Qızıl qələm" mükafatçısıdır.
Qeyd edək ki, Bizim.Media informasiya portalının informasiya dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group və Mədəniyyət kanalıdır.
Festival ayın 31-dək davam edəcək.
Bizim.Media