Nikahdan kənar doğulan uşaqlara birdəfəlik müavinət VERİLİRMİ? – Mühüm AÇIQLAMA 

Hazırda oxunan: Nikahdan kənar doğulan uşaqlara birdəfəlik müavinət VERİLİRMİ? – Mühüm AÇIQLAMA 

Nikahdan kənar doğulan uşaqlara bir dəfəlik müavinət verilməsi ilə əlaqədar mühüm açıqlamalar.
194314

Azərbaycanda uşaqlara “uşaq pulu” verilməsə də uşağın anadan olmasına görə birdəfəlik müavinət təyin olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır. Lakin bəzi şəxslər bu müavinəti ala bilməkdə çətinlik çəkdiklərini bildirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Övlad hansı halda valideynə ALİMENT ödəməlidir? – Hüquqi İZAH


Bəs bunun üçün hansı sənədlər tələb olunur? Rəsmi nikahı olmayan, nikahdan kənar doğulan uşaqlara da müavinət verilirmi? Hansı uşaqlar bu müavinətdən yararlana bilmir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan vəkil Ruslan Vəliyev deyib ki, sözügedən müavinət doğumu qeydə alınmayan uşaqlara verilmir:

“Uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət hər bir uşağa verilir. Yəni bu məbləğ nikahdan kənar doğulan uşaqlar üçün də verilir. Təkcə doğumu qeydə alınmayan uşaqlar istisnadır. Yəni bu müavinət arayış əsasında təyin olunur. Doğum haqqında şəhadətnamə verilən zaman qeydiyyat orqanı arayış verir, həmin arayışla uşaq pulu alınır”.

Qeyd edək ki, uşağın üç yaşı olanadək ona qulluq etmək üçün aylıq müavinət ödənilir. Qeyd edilən müavinət iki dövr üzrə - bir yaş yarımadək olan dövr üzrə və bir yaş yarımdan üç yaşadək olan dövr üzrə verilir.

Uşağın bir yaş yarımına qədər müavinət 44 manat, bir yaş yarımdan üç yaşadək dövr üçün isə 28 manat müəyyən edilib. 

Bu müavinət işləyən qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət qurtardıqdan sonra haqqı qismən ödənilən məzuniyyət rəsmiləşdirildikdə uşağın üç yaşı tamam olanadək ödənilir. 

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin