“Universitet müəllimləri köhnə dərsliklərlə tədrisi yola verirlər” – Etibar Əliyev 

Hazırda oxunan: “Universitet müəllimləri köhnə dərsliklərlə tədrisi yola verirlər” – Etibar Əliyev 

Universitet müəllimləri köhnə dərsliklərlə tədrisi yola verirlər. Azərbaycanda hansı yeni ixtisasların tədrisinə ehtiyac var? Etibar Əliyev və Məhərrəm Əliyev bu mövzuda fikirlərini bizimlə bölüşürlər.

194301

Dövrümüzün inkişaf tendensiyası yeni ixtisaslara zərurəti artırır. Əvvəllər ixtisas olacağını düşünmədiyimiz sahələrdə insanlar çalışaraq pul qazanırlar. 

Bəs Azərbaycanda hansı yeni ixtisasların tədrisinə ehtiyac var?

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O, dövr dəyişdikcə, süni intellekt inkişaf etdikcə, dördüncü sənaye inqilabının paradiqmaları çoxaldıqca yeni ixtisaslara zərurət yarandığını vurğulayıb:

“Yeni dərsliklərin yazılmasına, ixtisasların təkmilləşməsinə böyük ehtiyac var. Hələlik bu istiqamətlərdə keyfiyyətli dərslik yaza bilmə potensialımız zəifdir. İKT, süni intellekt , kibertəhlükəsizlik sahələrində ən yaxşı ədəbiyyatları seçib tərcümə edərək tələbələrin öhdəsinə vermək lazımdır. Bizdə dərslik problemi var. Köhnə dərsliklərdən istifadə olunur. Açıq etiraf edək ki, müəllimlər öz biliklərini yeniləmirlər. Bu da formalaşan yeni cəmiyyətin tələbləri ilə səsləşmir”. 

Millət vəkili qeyd edib ki, ali məktəblər dünyada texnologiyalar sahəsində baş verən yeniliklərlə magistrları, doktorantları tanış etməlidir:

“Belə olduğu halda onlarda yeni tədqiqatlara motivasiya formalaşacaq. Təəssüf ki, bu tendensiya çox aşağıdır. Köhnə metodlardan, dərsliklərdən istifadə etməklə tədrisi yola verməyə çalışırlar. Cənab Prezident inaqurasiya mərasimində bu məsələyə toxundu: “Elə sahələr var ki, bizim geri qalmağımıza ixtiyarımız yoxdur”. 

Bunun üçün dəyirmi masalar keçirilməlidir, aidiyyəti şəxslər dinlənilməlidir. Problem dərinləşmədən önününü kəsməliyik. 

Məsələn, son 20 ildə bir azərbaycanlı şagird Riyaziyyat Olimpiadasından qızıl medal gətirə bilmir. Bu statistika Qazaxıstanda 16, Moldovada 8, Gürcüstanda 4-dür. Riyaziyyatsız digər emlərin inkişafından söhbət gedə bilməz”, deyə deputat əlavə edib.  

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin