Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.
Bizim.Media xəbər verir ki, "Bizimləsən" proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:
"Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır".
G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən "Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik" sözlərini deyib.(axsam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:40 / 28.04.2021
"Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
Hazırda oxunan: "Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
Hazırda oxunan: "Atamın o halını görəndə ürəyimiz partladı" - Arif Quliyevin qızı
19427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.