“COP29-un bir çox sahələrə müsbət təsiri olacaq” – Nigar Arpadarai

Hazırda oxunan: “COP29-un bir çox sahələrə müsbət təsiri olacaq” – Nigar Arpadarai

COP29-un bir çox sahələrə müsbət təsiri olacaq - Nigar Arpadarai "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
194257

“COP29-a artıq sayılı aylar qalıb, komanda səfərbər olub. Danışıqlar prosesi gedir. Biz Azərbaycana olan marağın miqyasının necə böyük olduğunu görürük”. 

Bizim.Media xəbər verir ki, bunu COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu, deputat Nigar Arpadarai Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib. 

“Bizim komandanın əsas işi qeyri-hökümət təşkilatlarladır. COP29-un təhsil, iqtisadiyyat, sosial və bir çox sahələrə müsbət təsirləri olacaq. İşimizi elə qurmalıyıq ki, konfrans çox yüksək səviyyədə keçsin” - deyə, Nigar Arpadari bildirib. 

Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin