Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib.
Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Saat 19 radələrinədək havada tozun miqdarı normadan 1,5-1,7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3,5 dəfə yüksək olması qeydə alınıb.
Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, hazırkı saatlarda tozlu hava şəraiti davam etməkdədir.
“Sabah, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, bu gün havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir”, – o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:08 / 26.05.2024
Bakıda tozlu havanın miqdarı daha da artdı
Hazırda oxunan: Bakıda tozlu havanın miqdarı daha da artdı
Hazırda oxunan: Bakıda tozlu havanın miqdarı daha da artdı
Bakıda tozlu havanın miqdarı artmaqda və şimal-qərb küləyi ilə yağış proqnozlaşdırılır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupu tozlu hava şəraitinin davam etdiyini və normaya düşəcəyini bildirib.
194219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.