Aşıq Ulduz 145 min manatlıq torpağı haqda açıqlama verdi – “Bizdən pul qoparmaq istəyirlər” - VİDEO

Hazırda oxunan: Aşıq Ulduz 145 min manatlıq torpağı haqda açıqlama verdi – “Bizdən pul qoparmaq istəyirlər” - VİDEO

19419

Binəqədi rayonu Azadlıq metrosunun yaxınlığında, 8-ci mikrorayon Süleyman Sani Axundov və İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində yerləşən və Aşıq Ulduza məxsus olan torpaq sahəsinin ətrafında yaranan qalmaqal səngimək bilmir. 

Bina sakinlərinin etirazına görə, həmin bu torpaq sahəsi Binəqədi İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni şəkildə vətəndaş Ulduz Quliyevaya satılıb. Bundan başqa bina sakinləri iddia edir ki, ərazi 145 min manat satışa çıxarııb və torpaq sahəsində olan ağaclar məhv edilərək, yeində 4 mərtəbəli obyekt tikiləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Aşıq Ulduz torpaq sahəsini 145 min manata satışa çıxardı - DAVA DÜŞDÜ - VİDEO


Buna görə məhkəməyə müraciət olunub. Məsələyə baxan Binəqədi Məhkəməsi, Ulduz Vəliyevanın xeyrinə qərar çıxarıb, daha sonra Apelyasiya məhkəməsidə Binəqədi məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bununla razılaşmayan bina sakinləri ilə adı çəkilən yeri hasara almaq üçün əraziyə gələn məhkəmə icra nümayəndələri arasında qarşıdurma yaşanıb. 

“Bu torpağı Sumqayıtdakı evimizi satıb almışıq”

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Aşıq Ulduzun qızı Sədaqət Ulduz bildirib ki, bina sakinləri mənim şərəf və ləyaqətimi alçaldaraq, ərazinin mənə hansısa yüksək ranqlı məmur tərəfindən hədiyyə olunduğunu iddia ediblər.

“O, ərazini mənə heç kəs bağışlamayıb. 2013-cü ildə Sumqayıtdakı evimizi satıb, oranı almışıq. Bütün sənədlərimiz var və hər biri də qanun çərçivəsindədir. Həmin o şəxslər bu dəqiqə nəsə axtarırlar ki, bizə şər atsınlar. Bura Bakının mərkəzində olan yerdir, dərabəylik deyil ki, istədiyimiz yeri gedək zəbt edək.

Biz 2013-cü ildə o ərazini aldıqdan sonra həmin o, şikayətçiləri başına yığan Bahar Əliyeva adlı qadın və onun atası qəsdən o torpağ zəbt etmək, bu cür ixtişaş yaratmaq üçün o ərazidə ağac əkməyə başladı.


Dəfələrlə qardaşım ona ərazidə ağac əkməməyi desə də o, bizim sözümüzə məhəl qoymadan öz işi ilə məşğul olub. Gəlin, mən sizə Bahar adlı bu qadın haqqında qısa məlumat verim. Bu qadın dəfələrlə xuliqanlıq üstündə məhkum olunub. Bütün günü qalmaqallı işlərlə məşğul olan bir insandır. Camaatı başına toplayıb belə qalmaqalarla gün keçirir. Bu, hamıya məlumdur”.

“Bahar Əliyeva torpaq sahəmizə kamera quraşdırıb izləyir”

O, bildirib ki, həyətlərinin o binanın ərazisinə heç bir aidiyyatı yoxdur və oranın ərazisi deyil: 
 

“O qadının evi bizim həyətdən çox aralıdır. Biz o torpağı zülm - zillətlə əldə etmişik, indi də halal ərazimizdən istifadə edə bilmirik. Evimizi satmışıq, min bir əziyyətlə torpaq əldə edib, istəmişik orada iş quraq.


3 il boyunca oranın sənədlərini qaydaya saldıq, gəldik 4 ildir bu insanlar bizə zülm edir. Birinci orada ağac deyil, nar kolluqları var. O göstərdikləri qalın, hündür ağacların bizim əraziyə heç bir aidiyyatı yoxdur. Bahar Əliyeva adlı bu qadın hətta əraziyə kamera da yerləşdirib ki, torpaq sahəmizə yaxınlaşanda xəbəri olsun, görsün bizi daha necə şərləyə bilər”. 

“Bizim onlara veriləcək 10 qəpiyimiz belə yoxdur”

Məsələnin daha dərinliklərindən danışan Sədaqət Ulduz torpaqlarına görə bu ailə tərəfindən şantaj olunduqlarını da qeyd edib:

“İlk dəfə o torpağa ayaq basanda bu qadın ailəlikcə ayağa qalxıb, bizdən pul tələb etdilər. Bunların məqsədləri bilirsiz nədir? Deməli, biz ərazimizə yaxınlaşanda gəlib bizə desinlər ki, burada biz ağac əkmişik, bizdə problemi həll etmək üçün tələb etdikləri pulu bunlara verək və yola salaq. Əvvəldən gəlib xoş dillə bizimlə razılaşmağa cəhd etsəydilər bəlkə də biz bəzi güzəştlərə gedərdik, lakin onlar bizi məhkəməyə verdilər, bizə belə maneələr yaratdılar bununla da öz şanslarını itirdilər.
 

Hazırda Apelyasiya məhkəməsinin əlimizdə qərarı var ki, bu torpaq bütün qanuni sənədləri ilə bizə aiddir. Bir sözlə bu insanlar bizdən pul tələb edərək, bizi şantaj edirlər.


Bütün məhkəmə instansiyalarından keçdiyimiz qanunu ərazimizdə biz bu cür qanunsuzluqla qarşılaşırıq. Bir daha bildirirəm ki, bizim onlara veriləcək 10 qəpiyimiz belə yoxdur. Məhkəmənin qərarına görə, torpaq sahəsi əvvəlki halına gətirilib bizə qaytarılmalıdır. Onu da qeyd edim ki, ağaclar onların iddia etdikləri kimi 1985-ci ildə deyil, 2013-cü ildən bəri əkilib”.

Sədaqət Ulduz torpağın 145 min manata satışa çıxarılması barədə səsləndirilən iddialara da aydınlıq gətirib:

“Qeyd edim ki,  biz torpağımızı satışa çıxarmamışıq. Sadəcə, o ərazidə sahəsi 3.5 sot olan torpaq payı var. Onun 1.5 sotu bizim, digər 2 sotu isə başqa insana aiddir. Yəqin ki, həmin o şəxs öz torpaq payını satışa çıxarıb. Biz ərazimizdən özümüz istifadə etmək istəyirk. Lap istəsək gələcəkdə o sahəni satışa çıxara da bilərik. Öz torpağımızdır, qərarı da biz verəcəyik”.

“Onların zəbt etdiyi əraziləri icra hakimiyyəti ləğv edib”

Aşıq Ulduzun oğlu Fuad Quliyev isə Bizim.Media-ya açıqlamasında bildirib ki, dəfələrlə öz torpaq sahələrində  həmin insanlar tərəfindən təhqir və söyüşlərə məruz qalıblar: 

“Baxmayaraq ki, torpaq sahəsinin bütün sənədləri qanuni şəkildə qaydasındadır, biz Bahar Əliyevanın yalandan və əsassız yaratdığı qalmaqala görə, ərazimizə gedə bilmirik. Bu ailə, başda Bahar Əliyeva, bacısı Şəfəq Əliyeva, onun atası İsmayıl Əliyev və Samir Əliyev olmaqla, bizə böhtan atır, bizdən külli-miqdarda pul tələb edir və bizim olan ərazini aləmə car çəkərək qeyri qanuni adlandırır”.

Söhbət əsnasında Fuad Quliyev Bahar Əliyeva və ailəsinin özlərinin qeyri-qanuni olaraq onlara məxsus olmayan ərazini zəbt etdiyini də bildirib:
 

“Bu ailə özləri binanın birinci mətrəbəsində yaşayırlar və binanın ön və arxasını qeyri-qanuni zəbt edib, artırma tikib, hasarlayıblar. Onların qeyri-qanuni tikintiləri barədə Binəqədi İcra Hakimiyyəti və Binəqədi Bələdiyyəsi akt tərtib edərək, tikilini qeyri-qanuni olduğunu təsdiq edib.


Ancaq qanunsuz işlərlə məşğul olan bu dəstə bizə böhtan ataraq, torpağımızı zəbt etməyə çalışırlar. Mən sizə onların qeyri-qanuni tikililəri haqqında Binəqədi Bələdiyyəsi və İcra hakimiyyətinin tərtib etdiyi aktları və öz torpağımızın sənədlərini təqdim edəcəyəm”.

Məsələylə bağlı Aşıq Ulduzun fikirləri

Əməkdar incəsənət xadimi Aşıq Ulduz Quliyeva isə Bizim.Media-ya açıqlamasında məsələ barədə danışarkən qızı Sədaqətin və oğlu Fuadın dediklərini təsdiq edib. O, 2013-cü ildə aldığı torpağın bütün sənədlərinin qaydasında olduğunu  və Apelasiya məhkəməsinin də təsdiq etdiyi kimi ərazinin ona məxsus olduğunu deyib: 
 

“Bu ailənin tək dərdi bizə şər atıb, şantaj edərək bizdən pul tələb etməkdir. Orada qeyri qanuni heç nə olmayıb və bütün sənədlərimiz də qaydasındadır.


Əgər bu torpaq qanunla mənə məxsusdursa, niyə axı mən bu qədər əziyyət çəkməliyəm? Mən el sənətkarıyam, illərlə əziyyət çəkib, tər tökmüşəm. Mən axı haqqımı niyə başqalarına yedirtməliyəm? Burada haqq olan tərəf bizik”,- deyə o, fikrini tamamlayıb. 

Aşıq Ulduza məxsus olan torpağın sənədləri və məhkəmə qətnamələri:

















Bahar Əliyevanın zəbt etdiyi torpağın qeyri-qanuni olduğu haqqında sənədlər:








 


Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin