FHN: Kürdə səviyyənin kəskin artması suyun məcradan çıxmasına səbəb olub

Hazırda oxunan: FHN: Kürdə səviyyənin kəskin artması suyun məcradan çıxmasına səbəb olub

FHN: Kürdə səviyyənin kəskin artması suyun məcradan çıxmasına səbəb olub. Leysan xarakterli intensiv yağışlar və Kür çayının səviyyəsinin artması nəticəsində suda məcradan çıxma hadisələri yaşanıb, lakin təhlükə qeydə alınmayıb. Fövqəladə Hallar Nazirliyi vəziyyəti izləyir.

194169

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin