Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir.
Bunu Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Debet çayının Kürə töküldüyünü nəzərə alsaq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:
"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.
Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:46 / 26.05.2024
Qərb rayonlarında subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Qərb rayonlarında subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Qərb rayonlarında subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Qərb rayonlarında subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudovun açıqlamalarına əsasən, Kürə töküldüyü zaman Gürcüstanda Kürə yağan yağışlar səbəbindən çayın Tbilisi məntəqəsində səviyyəsinin kəskin artması müşahidə olunur. 26-28 may tarixlərinə Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı və Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı proqnoz edilir.
194152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.