Astarayaya qonaq gələn Əfqanıstan vətəndaşı vəfat etdi - FOTO

Hazırda oxunan: Astarayaya qonaq gələn Əfqanıstan vətəndaşı vəfat etdi - FOTO

Astarayaya gələn Əfqanıstan vətəndaşı vəfat etdi. Ölüm səbəbi məlum deyil. Meyid Məhkəmə Tibbi Ekspertiza Birliyinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
194149

Astara rayonunun Pəlikeş kəndində  Əfqanıstan İslam Respublikasının vətəndaşı 1956 - cı il təvəllüdlü Mohammad Rasul Fahimi dünyasını dəyişib. O, həmin kəndə qonaq gəlibmiş. Onun ölüm səbəbi məlum deyil.

Bizim.Media xəbər verir ki, meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.

Bildirildiyinə görə Mohammad Rasul Fahimi Pəlikeş kəndindən olan qızla evlənib. Cütlük Bakı şəhərində yaşayırmış.

Faktla baglı rayon prokurorluğunda araşdırma aparılır.




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin