Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin dörd saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Bizim.Media xəbər verir ki, qadın məhbusların cəza çəkdiyi bu müəssisədə sərəncam ümumilikdə dörd nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.
Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov da iştirak edib.
Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 26.05.2024
Dörd qadın məhbus azad edildi
Hazırda oxunan: Dörd qadın məhbus azad edildi
Hazırda oxunan: Dörd qadın məhbus azad edildi
194112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.