Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində “Chevrolet” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, polisin keçirdiyi tədbirlər nəticəsində avtomobilin paytaxt ərazisində idarə olunduğu və hərəkət trayektoriyası müəyyənləşdirilib.
Təqib olunan avtomobil polislərdən yayınmağa çalışsa da, hadisəni törədən Bakı şəhər sakini əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 2001-ci il təvəllüdlü Namiq İsmayilov və həmin vaxt yanında olan daha bir qadın saxlanılıb.
N.İsmayılovda narkotik vasitə olan heroin aşkarlanıb.
Faktla bağlı rayon polis idarəsinin 3-cü polis şöbəsində araşdırmalar aparılır.
Bizim.Media