Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ÖDƏNİLƏCƏK

Hazırda oxunan: Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ÖDƏNİLƏCƏK

Prezident İlham Əliyevin imzaladığı qanun dəyişikliyi ilə ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
194034

Ədliyyə orqanları işçilərinə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda əks olunub.

Qanuna əsasən, Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin