Nazirlər Kabinetində “Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr” təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov imzalayıb.
Qərara əsasən, müstəqil ekspertlər aşağıdakı sahələr üzrə fəaliyyət göstərirlər:
- avtomobil nəqliyyatı sahəsi − bütün avtonəqliyyat vasitələri;
- dəmir yolu nəqliyyatı sahəsi − bütün dəmir yolu nəqliyyatı vasitələri;
- su nəqliyyatı sahəsi − bütün dəniz və daxili su nəqliyyatı vasitələri;
- hava nəqliyyatı sahəsi − bütün hava nəqliyyatı vasitələri;
- əmlak sahəsi – daşınmaz əmlak və bu sahələrdə qeyd olunan digər fəaliyyət sahələrinə aid olmayan daşınar əmlaklar;
- maliyyə sahəsi − kreditorların əmlak mənafeləri, əmlakın bazar qiymətinin düşməsi halında ondan istifadə və kommersiya fəaliyyətində baş verən fasilə ilə əlaqədar sığortalıların əmlak mənafeləri, habelə hüquqi xidmətlər və icraatların keçirilməsi ilə bağlı xərclər;
- mühəndislik sahəsi – dəzgah, avadanlıq, maşın və mexanizmlər, texniki qurğular, montaj və quraşdırma işləri, təmir və inşaat, elektron cihazlar;
- kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları sahəsi − bütün kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları;
- kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar sahəsi − bütün kənd təsərrüfatı heyvanları;
- akvakultura məhsulları sahəsi − akvakultura yolu ilə balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən akvakultura obyektləri.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 25.05.2024
“Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr” TƏSDİQ EDİLDİ
Hazırda oxunan: “Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr” TƏSDİQ EDİLDİ
Hazırda oxunan: “Müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi sahələr” TƏSDİQ EDİLDİ
194004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.