Arif Qaraşova vəzifə verildi

Hazırda oxunan: Arif Qaraşova vəzifə verildi

193959
Azərbaycanda tanınmış simalardan olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin genişləndirilmiş iclasında İNK-nin Himayədarlar Şurasının sədri seçilib. Bu barədə DAMM-nin 1-ci vitse-prezidenti Rasim Məmmədov məlumat verib.

R.Məmmədov bildirib ki, dünən İdarə Heyətin iclasında çıxış edən DAMM-nin prezidenti, Xalq yazıçısı Çingiz Abdullayevin təşəbbüsü ilə belə bir qərar qəbul olunub: "Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzindəvə qurumun İctimai Nəzarət Koalisiyasında Azərbaycanın tanınmış insanları, QHT-ləri təmsil olunurlar ”¦ Xalq yazıçısı, hamımızın sevimlisi, DAMM-nin Prezidenti Çingiz Abdullayev əvvəlcə belə bir təşəbbüslə çıxış etmişdi, sonra bu məsələ İdarə Heyətin dünənki iclasında geniş müzakirə olundu və yekdilliklə qərar qəbul olundu. Beləliklə, Azərbaycanda tanınmış simalardan olan Arif Qaraşov DAMM-nin İNK-nin Himayədarlar Şurasının sədri seçildi. İclasda həmçinin Füruzə Mustafayeva DAMM-nin Aparat rəhbəri təyin edildi”¦".

Qeyd edik ki, Arif Qaraşov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisidir, uzun illər bu sahə üzrə müxtəlif dövləti vəzifələr daşıyıb, ölkədə hörmətlə xatırlanan və tanınan şəxslərdəndir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin