Yenidən karantinə gedirik? - İNFEKSİONİST 

Hazırda oxunan: Yenidən karantinə gedirik? - İNFEKSİONİST 

19395

Qardaş Türkiyədə 18 günlük sərt karantin rejimi tətbiq olunacaq. Aprelin 29-dan mayın 17-dək axşam saat 19.00-dan sabah saat 5-dək küçəyə çıxmaq qadağası tətbiq olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Azərbaycanda necə sərt karantin rejiminin tətbiq olunmasına ehtiyac varmı?

Bizim.Media-ya danışan Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə hazırki epidemioloji duruma görə Azərbaycanda sərt karantin rejiminə gərək olmadığını bildirib. İnfeksionist hesab edir ki, əksinə qarşıdakı günlərdə ölkədə koronavirusa yoluxma azalmağa doğru gedəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Açıq havada maskadan istifadə götürülsün – “Cəza tətbiq edilməsi doğru deyil” - HƏKİM


“Türkiyədə gündəlik yoluxma statistikası gündən-günə artmağa doğru gedir. Hazırda o ölkədə gün ərzində yoluxma 50 min nəfərdən çoxdur. Bu səbəbdən Türkiyə sərt karantin rejiminin tətbiq olunmasına qərar verdi."

"Azərbaycanda isə son günlər yoluxma sayı aşağı düşür. Belə bir dönəmdə və azalma getdiyi bir vaxtda sərt karantin rejiminin tətbiq edilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, getdikcə ölkədə yoluxmaların sayı azalmağa doğru gedəcək”.

Sözügedən məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət etsək də, qurumdan cavab ala bilmədik. 

Xatırladaq ki, hazırda Azərbaycanda 27 min 904 aktiv xəstə var. Ölkədə koronavirus mövcud olandan indiyədək 315 min 119 nəfər infeksiyaya yoluxub. 4429 nəfər isə dünyasını dəyişib. 

Bu ilin fevral ayından start verilən vaksinasiya prosesinə 1 milyon 440 min 243 nəfər cəlb edilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin