Masallının Mahmudavar kənd məktəbinin yetkinlik yaşına çatmayan 9-cu sinif şagirdinin özündən iki dəfə yaşlı olan 30 yaşlı bir nəfərlə zorla evləndirilməsinə dair iddilar yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bildirilib ki, artıq qızın toyu 12 iyuna, oğlanın toyu isə 18 iyuna təyin edilib.. Atası şəhərdə, anası isə kənddə fəhləliklə məşğul olan qız imtahanlarda yüksək bal toplasa da həmin gün dərsdə olmaq əvəzinə toy məclisində olmalıdır.
Məlumata görə, azyaşlı qızla evlənən Rusiyada yaşayan oğlanın atası Masallı rayon Tüklə məktəbində müəllim işləyir.
Hadisə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı olaraq qınanılıb. Qeyd edilib ki, məktəbdə müəllim işləyən şəxsin digərinin kasıblığından istifadə edib onun azyaşlı və məktəbli qızını təhsildən yayındırıb evləndirməyə səbəb olması faktını əlaqədar orqanlar araşdırmalı və bu hadisənin qarşısı alınmalıdır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:57 / 24.05.2024
Masallıda BİABIRÇILIQ: 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilir - İDDİA
Hazırda oxunan: Masallıda BİABIRÇILIQ: 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilir - İDDİA
Hazırda oxunan: Masallıda BİABIRÇILIQ: 15 yaşlı qız 30 yaşlı kişiyə ərə verilir - İDDİA
Masallıda 15 yaşlı qızın 30 yaşlı bir kişi ilə evlənməsinə dair hadisələrə dair iddialar sosial şəbəkələrdə yayılıb. Hadisə qınanıb və əməkdaşlıq olunmalıdır.
193915
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.