Bu gün 3-cü Türk dünyası ədəbiyyat və kitab festivalında Bizim.Media-nın masasında Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonağın Xaçmazlı döyüşçülər adlı üç cildliyinin imza günü keçirilib.
Müəllif saytımıza açıqlamasında deyib ki, kitabda böyük Zəfərimizlə başa çatan 44 günlük savaşın qalibiyyətinə imza atan qazi və veteranlarımlz haqda məlumat xarakterli yazılar yer alıb.
Qeyd edək ki, festival Bizim.Media-nın rəsmi informasiya dəstəyi, o cümlədən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Yunus Əmrə İnstitutu və digər qurumların təşkilatı dəstəyi ilə ayın 31-dək davam edəcək.
MÖVZU İLƏ BAĞLI:
Yazar Əli bəy Azəri və Lətifə Rəşidin kitablarının imza günü KEÇİRİLİB – FOTO
AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq.
Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.
Nicat Niftəliyev, Bizim.Media