Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən “Qara kəmər” əməliyyatı çərçivəsində tutulub.
Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:04 / 24.05.2024
Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ
Hazırda oxunan: Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ
Məhkəmə ömürlük həbs edilən DİN-in keçmiş şöbə rəisi ilə bağlı QƏRAR VERDİ. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.
193847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.