Nazir müavinindən ÇAĞIRIŞ: “Sosial şəbəkələrdə kriminalın təbliği narahatlıq doğurur”

Hazırda oxunan: Nazir müavinindən ÇAĞIRIŞ: “Sosial şəbəkələrdə kriminalın təbliği narahatlıq doğurur”

193788

“Sosial şəbəkələrdə kriminalın birbaşa və ya dolayı yolla təbliği kimi neqativ hallar narahatlıq doğurur”. 

Bizim.Media xəbər verir ki, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı Oqtay Kərimov "Yetkinlik yaşına çatmayanlar tərəfindən və onlara qarşı törədilmiş hüquq pozuntularının qarşısının alınması: imkanlar və perspektivlər" mövzusunda elmi-praktiki konfransda çıxış edərkən deyib. 

O, bununla bağlı Audiovizual Şura, Reklam Agentliyi və digər qurumlara çağırış edib: 

"Bu qurumların qarşılıqlı əlaqəsi çərçivəsində televiziya, sosial şəbəkə hesabları, eləcə də reklam lövhələrində insanların diqqətini cəlb edəcək videoçarxlar, uşaq verlişləri, bilik və idman yarışları, qısametrajlı filmlərin daha da geniş səpkidə yayımlanması məqsədəmüvafiq olardı". 

O.Kərimov bildirib ki, 2024-cü ildə küçə həyatına məruz qalan, müxtəlif səbəblərdən ailədən və pedaqoji təhsildən yayınan 60 nəfər yetkinlik yaşına çatmayanlara və onların valideynlərinə hüquqi və psixoloji yardım göstərilib. 
Nazir müavini diqqətə çatdırıb ki, zorakılığa məruz qalmış, eləcə də insan alverinin qurbanı olmuş uşaqların reabilitasiyası və reinteqrasiyası üçün ölkədə dövlət sektoruna, eləcə də qeyri-hökumət təşkilatlarına məxsus 14 müəssisə fəaliyyət göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin