Birinci Qarabağ müharibəsində - 1994-cü ildə Kəlbəcərdə itkin düşmüş Rza Qəzənfər oğlu Əmrullayevin cənazəsi də 30 ildən sonra doğma rayonuna gətirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ailə üzvləri, yaxınları ilə vida mərasimindən sonra şəhid Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib.
Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açılıb. Rza Əmrullayevin bacısı Ədilə Xalıqova Bizim.Media-ya müsahibəsində qardaşının 32 yaşında könüllü olaraq cəbhəyə yollandığını deyib.
Rza Əmrullayevin həyat yoldaşı Nəzakət Əmrullayeva onun 3 qızını böyüdüb boya - başa çatdırdığını bildirərək, şəhidin qalıqlarının tapılmasında zəhməti olan dövlət orqanı nümayəndələrinə təşəkkürlərini bildirib.
Şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağı bacısına təqdim edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu