Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Rahib Ağaseyid oğlu Mirzəyev Şabran Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidin qardaşı Hikmət Mirzəyev Bizim.Media-ya müsahibəsində 30 ildən sonra qardaşı Rahibdən xəbər çıxmasına görə müvafiq dövlət orqanlarına minnətdarlığlnı bildirib.
"Atam Ağaseyid qardaşımdan bixəbər həyatdan köçdü, anam Mahirə yaxşı ki, bu günü gördü", deyə o, qeyd edib.
Hikmət Mirzəyev qardaşının 1994-cü ildə Murovdağda itkin düşdüyünü deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu