Sumqayıtda 21 yaşlı oğlandan 14 yaşlı qıza qarşı BİABIRÇI ƏMƏL

Hazırda oxunan: Sumqayıtda 21 yaşlı oğlandan 14 yaşlı qıza qarşı BİABIRÇI ƏMƏL

193662

Sumqayıtda gənc oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, 21 yaşlı Nofəl Rəcəbov (ad və soyad şərti) 2023-cü ildə Sumqayıt bulvarında 14 yaşlı Samirə Həsənova (ad və soyad şərti) ilə tanış olub.

Onların arasında sevgi münasibətləri yaranıb.

Uzun görüşlərdən sonra qız oğlanı öz anası ilə tanış edib. Anası da onların sevgisinə əngəl olmayıb və öz razılığını, bir sözlə, qızının "hə"sini verib. Sözlü olan oğlan və qızın görüşləri daha tez-tez xarakter alıb. Məlumata görə, artıq qız 6-cı sinifdən orta məktəbi tərk edib.

Bu görüşlər qızın yaşadığı evdə də baş tutub. Belə görüşlərin birində ana evdə olmadığı zaman oğlan sözlü olduğu 14 yaşlı qızla cinsi əlaqədə olub və onun bakirəliyini pozub.

Bundan xəbər tutan ana hüquq-mühafizə orqanlarına şikayət edib.

Nəticədə Nofəl barəsində Cinayət Məcəlləsinin 152.1-ci (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq, məhkəməyə göndərilib.

İstintaq zamanı Nofəl Rəcəbov barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

Hazırda məhkəmə istintaqı davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin