Cinayət törədən qadınların sayı ARTIB – Zərif cinsin nümayəndələrini buna nə vadar edir?

Hazırda oxunan: Cinayət törədən qadınların sayı ARTIB – Zərif cinsin nümayəndələrini buna nə vadar edir?

Azərbaycanda cinayət törədən qadınların sayının artması həqiqətini əks etdirir. Cinayət törədən qadınların sayısının artması barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən əvvəlki illərə nisbətən artım müşahidə olunub. Cinayət törədən qadınların sayısındakı artımın səbəbləri və cinayətlərin artmasına cəmiyyət daxilində baxış məqamları ətraflı şəkildə araşdırılıb.

193660

Azərbyacanda cinayət törədən qadınların sayı artıb. Bu, “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Bildirilib ki, ötən il 25006 cinayət törədmiş şəxs müəyyən edilib, onlardan 1299-u qadın olub. 2022‐ci ildə isə 24432 cinayət törətmiş şəxsdən isə 1227‐si qadın olub. Yəni qadınların törətdiyi cinayətlər ümumi cinayətlərin az qismini təşkil etsə də, bu, cinayətə meyilli qadınlarının sayının artdığı həqiqətini dəyişmir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

Daha çox fiziki zorakılığa məruz qaldığını bildiyimiz zərif cinsin nümyəndələrini cinayətə əl atmağa nə vadar edir?

Mövzu barədə Bizim.Media-ya danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, cinayətlərin artmasına qanunauyğunluq kimi baxmaq lazımdır:

“Qadın da, kişi də canlıdır, insandır. Qadınlar nəcib, zərif cinsin nümayəndəsidir, onlar kişilərə nisbətən daha az cinayət törədirlər. Bu say kişilərdə daha çoxdur. Cinayəti uşaq da, yeniyetmə, ahıl yaşda insan da, qadın da törədə bilər. Bunu dırnaqarası olsa da, qanunauyğunluq kimi qəbul eləmək lazımdır”.
Qadınların əsasən hansı cinayət törətdikləri məsələsinə gəldikdə isə o, bunun Daxili İşlər Nazirliyinin (DİN) müvafiq şöbəsində təhlil edildiyinin, qeyd olunduğunu bildirib.

Qeyd edək ki, 2023-cü ildə qadınların əsasən hansı cinayətləri törətdikləri haqqında məlumat olmasa da, əvvəlki illərin statistikasında qadınlar ən çox dələduzluqda ittiham olunublar.

Günay Şahmar, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin