Göyçayda kollecdə 88 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı

Hazırda oxunan: Göyçayda kollecdə 88 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı

193640

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Göyçay Rayon Prokrurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı 2018-ci ilin yanvarın 1-dən 2023-cü ilin dekabrınadək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Kollecinin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokrurorluğunda Cinayət Məcəlləsinin qqulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin