Jurnalist binalarının aqibəti necə olacaq?

Hazırda oxunan: Jurnalist binalarının aqibəti necə olacaq?

193593

Bu yaşayış evlərinin sakinləri binaların idarəolunmasına görə nə özgəsinə pul ödəmək istəmirlər, nə də özləri bununla məşğul olmaq iqtidarında deyillər.

Bizim.Media xəbər verir ki, bu vaxta qədər bu məsələni həll edən MEDİA agentliyindən "Sputnik Azərbaycan"a bildirilib ki, qurum əslində binalarla bağlı heç bir öhdəlik daşımır və bu vaxtadək sırf sakinlər çətin vəziyyətdə qalmasın deyə bununla məşğul idi.

Bundan sonra isə sakinlərin "Jurnalist evi" şirkəti ilə müqavilə bağlaması lazımdır, lakin onlar bundan imtina edirlər.
Agentlik sakinlərə digər yolu da təklif edib: Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradırlar və idarəetmə ilə özləri məşğul olurlar.

"Onlara prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər", - deyə qurumdan bildirilib.

Sakinlər artıq gələn aydan bütün xidmətlərin dayandırılması haqda məlumatlandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin