Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən zəlzələdən sonra qardaş ölkəyə yardım göndərmək üçün köhnə qırmızı avtomobilinə yüklədiyi əşayalarla birlikdə yola çıxan həmyerlimiz Sərvər Bəşirlini mükafatlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Bakı səfirliyinin kommunikasiyalar üzrə müşaviri Cihangir İşbilir “X” hesabında paylaşım edib.
İşbilir qeyd edib ki, S. Bəşirli Türkiyənin “Yurt Dışı Vefa Ödülü”nə layiq görülüb:
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan “Yurt Dışı Vefa Ödülü”nə layiq görülən, Türkiyənin yaşadığı “əsrin fəlakəti”ndən dərhal sonra avtomobilinə yüklədiyi yardımla Azərbaycanın paytaxtı Bakıdan yola düşən Sərvər Bəşirliyə mükafatını təqdim etdi”, - deyə qeyd olunub.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Yurt Dışı Vefa Ödülüne layık görülen, Türkiye'nin yaşadığı asrın felaketinden hemen sonra Azerbaycan'ın başkenti Bakü'den arabasına yüklediği yardımlarla yola koyulan Server Beşirli'ye ödülünü takdim etti. ????
— A. Cihangir İşbilir (@cihangirisbilir) May 22, 2024
?AA pic.twitter.com/cnydJSQGev
Bizim.Media