“TikTok”un nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib - FOTO

Hazırda oxunan: “TikTok”un nümayəndə heyəti ilə Milli Məclisdə görüş keçirilib - FOTO

193547

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin TikTok platformasının nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, komitə sədri Tahir Mirkişili Azərbaycanda sosial media istifadəçilərinin sayının son illərdə daha da artdığını bildirərək sosial mediadan düzgün və məqsədli istifadənin vacibliyini qeyd edib, geniş tədbirlər planı çərçivəsində qarşılıqlı əməkdaşlıq aparılmasının və maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Görüşə görə təşəkkür edən TikTok platformasının Şərqi Avropa üzrə ictimai siyasət və korporativ əlaqələrin direktoru Sergey Sokolov səfərin məqsədləri barədə məlumat verib.

Azərbaycanda həyata keçirilən layihələrdən söz açan direktor Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğində, “startap”ların inkişafı və digər sahələrdə əməkdaşlığın artırılmasında maraqlı olduqlarını bildirib. 

Görüşdə nümayəndə heyətinin üzvləri tərəfindən Azərbaycandakı platforma istifadəçilərinin, xüsusilə azyaşlıların və gənclərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər və texniki həllər barədə geniş məlumat verilib.

Görüşdə iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa sosial media platformalarında məzmunların yaradılması zamanı milli dəyərlərin nəzərə alınmasının önəmini qeyd ediblər.
Söhbətdə qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin