Daxil olan müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonunun A.M.Cümə küçəsi, ev 32 ünvanında fəaliyyət göstərən “Number One” ictimai iaşə müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları plandankənar yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların pozulduğu müəyyənləşdirilib.
İctimai iaşə müəssisəsində Azərbaycan dilində markalanması və qida təhlükəsizliyi sertifikatı olmayan, həmçinin istehsal tarixləri qeyd edilməyən müxtəlif əmtəə nişanlı saxta alkoqollu içkilər aşkarlanıb. Müayinələrin aparılması məqsədilə məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:19 / 22.05.2024
Nərimanovda ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO
Hazırda oxunan: Nərimanovda ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO
Hazırda oxunan: Nərimanovda ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər AŞKARLANDI - FOTO
193543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.