Biləsuvarda 8-ci sinif şagirdinin döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Biləsuvarda 8-ci sinif şagirdinin döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA 

Biləsuvarda 8-ci sinif şagirdinin döyülməsi iddiası ilə bağlı RƏSMİ AÇIQLAMA. Sosial şəbəkələrdə yayılan məlumatlar və Nazirlik tərəfindən verilən cavab.

193504

Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin müəllimi tərəfindən fiziki zorakılığa məruz qaldığı iddiası ilə bağlı məlumatlar yayılıb. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb. 

Bildirilib ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. 

Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. 

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin