Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daşkəsən rayon prokurorluğu yayıb.
Araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:24 / 22.05.2024
Orta məktəbdə 20 min manat mənimsəmə: Cinayət işi BAŞLANDI
Hazırda oxunan: Orta məktəbdə 20 min manat mənimsəmə: Cinayət işi BAŞLANDI
Hazırda oxunan: Orta məktəbdə 20 min manat mənimsəmə: Cinayət işi BAŞLANDI
Daşkəsən rayonunda orta məktəbdə 20 min manat mənimsəmə hadisəsi ilə əlaqədar cinayət işi başlanıb. İşlə bağlı rayon prokurorluğu tərəfindən istintaq aparılır.
193473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.