Məşhur həkim AZAL təyyarəsi barədə maraqlı paylaşım etdi

Hazırda oxunan: Məşhur həkim AZAL təyyarəsi barədə maraqlı paylaşım etdi

Məşhur həkim AZAL təyyarəsi barədə maraqlı paylaşım etdi. Almaniyanın Bad-Mergentheim şəhərində Karitas Xəstəxanasının Urologiya klinikasının rəhbəri olan tanınmış uroloq Hikmət İsmayılov təyyarədə baş verən hadisəni ətraflı şəkildə anlattı və digər sərnişinlərə kömək etmək haqda danışdı.
193472

"Bir neçə gün öncə,  daha dəqiq desək, mayın 18-də gecə saat 02:15-də AZAL-ın Almatı şəhərindən Bakıya uçan J254 saylı reysində səyahət edirdim. Yenicə yuxulamışdım ki, məndən 2 sıra öndə olan təşvişin səsinə oyandım. Sərnişinlərdən birinin halı pisləşmişdi".

Bizim.Media xəbər verir ki, bu fikirləri Facebook səhifəsində Almaniyanın Bad-Mergentheim şəhərində Karitas Xəstəxanasının Urologiya klinikasının  Endo-urologiya şöbəsinə rəhbərlik edən tanınmış uroloq Hikmət İsmayılov yazıb.

"Baş uçuş bələdçisi, səhv etmirəmsə, Nigar xanım həmin sərnişinin yanındakı digər sərnişinləri arxaya göndərmişdi, bir tərəfdən pilota vəziyyət haqqında durmadan məlumat verir, digər tərəfdən də halı pisləşən sərnişinə qəbul etdiyi dərmanlar barəsində suallar verirdi.

Həkim refleksi olaraq ora yaxınlaşdım. Və təyyarədən olan imkanlarla pasientə ilkin tibbi yardım etdim. Təxminən 30 dəqiqə yardımdan sonra Nigar xanıma pasientin vəziyyətinin stabilləşdiyini və pilota təcili enişə ehtiyac olmadığını xəbər etməsini bildirdim. Daha 15-20 dəqiqədən sonra yerimə yenicə əyləşmişdim ki, arxada daha bir hipertonik qadının vəziyyətinin pisləşdiyini və onun da köməyə ehtiyacı olduğunu bildirdilər. Təbii ki, həmin xanıma da məmnuniyyətlə yardım etdim. Nəticədə hər iki sərnişinlə sağ-salamat Bakıya çatdıq", deyə o, əlavə edib.

Həkim təyyarədə bənzəri hadisələrin tez-tez baş verdiyini vurğulayıb:

"Son dəfə Türk Hava Yollarının təyyarəsində bənzəri hadisə 3 il öncə başıma gəlmişdi. Sonda hadisə ilə bağlı xüsusi blank doldurulmuşdu və mənə təşəkkür olaraq uçuş bileti hədiyyə edilmişdi".

Hikmət İsmayılov  bildirib ki, həkimlər bu cür yardımları təmənnasız edir:

"Deyək ki, bu anda bu mən yox hər hansı xarici millətdən olan bir həkimdir. AZAL-ın (Azerbaijan Airlines) belə dəyərlərə hörməti sadəcə alqışlana bilərdi və bu məsələlərdə rəqib şirkətlərə uduzmazdı.

Bu statusdan sonra AZAL-dan mənə hər hansı bilet təklif edilsə, qəbul etməyəcəm və bunu birbaşa olaraq Yaşat Fonduna ianə etmələrini təklif edirəm.

Sonda uçuş zamanı təlimatlarımı dinləyib kömək edən digər sərnişinlərə və uçuş ekipajına təşəkkürümü bildirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin