Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” QSC-nin dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin üzvləri, dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak edib.
Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər.
“Xəzinə” muzey ekspozisiyasında antik çağlardan XX əsrə qədər uzanan dövrə aid zərgərlik, metalişləməsənəti və numizmatika nümunələri, bir çoxu ilk dəfə olaraq nümayiş olunacaq. Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub.
Çıxışlardan sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:24 / 22.05.2024
İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO
Hazırda oxunan: İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO
Hazırda oxunan: İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılışı oldu – FOTO
İçərişəhərə “Xəzinə” muzey ekspozisiyasının açılışı Şirvanşahlar Sarayı Kompleksində keçirilib. Antik çağlardan XX əsrə qədər uzanan zərgərlik, metalişləməsənəti və numizmatika nümunələri təqdim olunub.
193438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.