Son zamanlar bir çox avtobus sürücləri nizam-intizam qaydalarını pozur və məsuliyyətsizliyə yol verərək qəzaların baş verməsinə səbəb olurlar.
Qeyd edək ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, 2023-cü il ərzində respublika ərazisində avtobus və mikroavtobus sürücülərinin təqsiri ucbatından 42 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər həyatını itirib, 37 nəfər isə yaralanıb. Maddi zərərlə nəticələnən 2560 yol-nəqliyyat hadisəsində sözügedən sahədə çalışan sürücülərin bilavasitə iştirakı da, bu sahədə vəziyyətin qənaətbəxş olmadığından xəbər verir.
Bəs, bilavasitə sərnişinlərin həyatına cavabdeh olan avtobus sürücülərinin məsuliyyətsizlik halları niyə artıb?
Nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya bildirrib ki, avtobuslarla bağlı vəziyyət heç də yaxşı deyil:
“Çünki sürücülərin peşəkarlığı ilə bağlı hələ də ciddi problemlər var. Sürücülər üçün normal maddi təminat olmadığına görə, peşəkarlar xaricə üz tutur. Xüsusilə də Polşaya axın var. Çünki Azərbaycanda onlar 800-1000 manat maaş alırsa, Polşada 3-4 min manat və bundan da yuxarı məbləğdə qazancları olur. Ona görə də, işi bilənlər xaricə üz tutur, bizə qalan isə intizamsız sürücülərdir”.
Ekspertin sözlərinə görə, aidiyyəti qurumlar müəyyən planlar işləyib hazırlayırlar ki, sürücülərin də normal maddi təminatları olsun və xaricə getməsinlər:
“Hələ ki, bununla bağlı layihələr müzakirə olunur. Ümumilikdə, bu kimi problemlər aradan qalxdıqca, intizamsızlıq da olmayacaq. Lakin sürücü qeyri-peşəkardırsa, onun başını sığallamalıyıq deyə bir anlayış da yoxdur. Hər bir sürücü sükan arxasında öz məsuliyyətini dərk etməlidir, əks təqdirdə barəsində tədbir görülməlidir. Hər bir halda, avtobuslara kameraların quraşdırılması və sürücülərin iş prinsiplərinin izlənməsi də təsiredici mexanizmlərdəndir. Amma görünür ki, daha sərt tədbirlərə ehtiyac var”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 22.05.2024
“Peşəkar sürücülər xaricə üz tutur, bizə qalanlar isə intizamsızlardır” – HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Peşəkar sürücülər xaricə üz tutur, bizə qalanlar isə intizamsızlardır” – HƏYƏCAN TƏBİLİ
Hazırda oxunan: “Peşəkar sürücülər xaricə üz tutur, bizə qalanlar isə intizamsızlardır” – HƏYƏCAN TƏBİLİ
Avtobus sürücülərinin peşəkarlığı ilə bağlı məsuliyyətsizlik halları artmaqdadır və səbəbləri araşdırılır. Nizam-intizam qaydalarını pozma və maddi təminat problemləri nəqliyyat hadisələrinə səbəb olur.
193434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.