Üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlmək üçün onu gözümüzdə böyütmək yox, çıxış yolu tapmaq lazımdır. Neqativ hadisələrə müsbət yöndən baxmaq işin yükünü azaltmış olur.
Son zamanlar tez-tez buna bənzər ifadələrə rast gəlirik. Sosial şəbəkələrdə xeyli izləyici kütləsi olan şəxslər pozitiv hadisələrlə rastlaşmaq üçün insanları pozitiv düşünməyə səsləyir.
Həqiqətən pozitiv düşünərək müsbət hadisələrlə qarşılaşmaq mümkündür? Bunun psixoloji və elmi təsdiqi varmı?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, psixologiya düşüncənin insanı müsbətə apara biləcək güc olduğunu dəstəkləyir:
“İnsanın pozitiv düşüncələri onu müsbətə apara biləcək əsas güclü vasitədir. Burada həmin o spiritual (insanın qəbul etdiyi düşüncə) yanaşmaya inananlarla psixologiya heç bir halda ayrılmır, tamamən uzlaşır. Psixologiyanın insanlara izah etmək istədiyi əsas məqam odur ki, insanın düşüncəsinə inanması lazımdır. İnanmaq həyatda insanın gedə biləcəyi yolları sürətləndirən əsas motivdir.
Yəni təkbaşına düşüncələrin işə yaradığı hekayələrin sayı yox deyilə biləcək qədər azdır. Amma düşündüyünə inanan və inandığını yaşayan insanlar, örnəklər kifayət qədər çoxdur. Əlbəttə ki, insanın düşüncəsinə inanması çox da sadə bir şey deyil. Hələ bizim kimi toplumda yaşayırsa, onun inanc qəliblərini, ümidlərini qırması baş verir və düşündüyünə inanması daha da çətinləşir”.
O, “bizim kimi toplum” deyəndə elmdən daha çox mifə inanan insanları nəzərdə tutduğunu qeyd edib:
“Yəni şəxsi dəyər vahidlərini ilahiləşdirən, topluma faydası olmayan düşüncələri dominant saxlamağa çalışan və s. kimi “yalançı mentalilet”in qurbanına çevrilmiş toplumda insanın düşündüyü şeyə inanması çox çətin məsələdir.
Bizlər həmin o düşüncələri rasional şəkildə əksinə inanıb düşündüyümüzü, dolayısıyla inandığımızı yaşaya biləcəyik. Bunun üçün insana lazım olan şey fleksiyaya uğraya bilməsi, yəni adaptasiya ola bilmə bacarığının olmasıdır. İnsan düşündüyünü yaşamaq istəyərsə, mütləq düşündüyünə inanmalıdır. Düşündüyünə inanması üçünsə insanın uyğunlaşa bilən olması çox önəmlidir”.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:00 / 22.05.2024
Pozitiv düşünməyin QIZIL QAYDALARI – Müsbət hadisələrə necə KÖKLƏNƏK?
Hazırda oxunan: Pozitiv düşünməyin QIZIL QAYDALARI – Müsbət hadisələrə necə KÖKLƏNƏK?
Hazırda oxunan: Pozitiv düşünməyin QIZIL QAYDALARI – Müsbət hadisələrə necə KÖKLƏNƏK?
Pozitiv düşünmə, müsbət hadisələrlə qarşılaşmaq və inanmaq haqqında psixoloji bir baxış. Psixoloq Əfsanə Rüstəmova pozitiv düşüncələrin insanı müsbətə apara biləcək güc olduğunu vurğulayır və inanmanın əhəmiyyətindən danışır.
193431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.