Azərbaycanda rüşvət alan sabiq tabor komandiri həbs edildi

Hazırda oxunan: Azərbaycanda rüşvət alan sabiq tabor komandiri həbs edildi

Azərbaycanda rüşvət alan sabiq tabor komandiri Elnur Əliyev həbs edildi. Məhkəmə prosesində Cinayət Məcəlləsi maddələri ilə ittiham olunub və təqsirli bilinərək azadlıqdan məhrum edilib.
193430

Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi-hissənin sabiq tabor komandiri Elnur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İstintaq orqanı tərəfindən Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham verilmişdi. 

Məhkəmə Cinayət Nəcəllənin 179.1-ci maddəsini ittihamdan xaric edib. 

O, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib. 

Elnur Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin