Bir müddətdir təxirə düşən İlkin Süleymanovun növbəti apellyasiya məhkəməsinə yeni sədr təyin edilib, növbəti prosesin vaxtı məlum olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək prosesə Rafiq Cəfərov sədrlik edəcək. Digər hakimlər isə Əlzamin Abdullayev və Salman Hüseynov olacaq.
Növbəti məhkəmə mayın 22-nə təyin olunub.
Qeyd edək ki, İlkin Süleymanovun apellyasiya məhkəməsi bir müddətdir ki, öncəki hakim Teyyub Muxtarovun təyinatı ilə bağlı təxirə salınmışdı.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın altısında yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. İlkin Süleymanov məhkəmənin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:19 / 21.05.2024
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
Hazırda oxunan: İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
Hazırda oxunan: İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
193341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.