Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi

Hazırda oxunan: Vətən müharibəsi şəhidinin 29 ildən sonra bacısı dünyaya gəldi

193271

44 günlük Vətən müharibəsi iştirakçısı şəhid Rəşad Mikayılzadənin bacısı dünyaya gəlib. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, Rəşad Mikayılzadə ailənin tək övladı olmasına baxmayaraq könüllü surətdə müharibəyə yollanıb. 

“Əsgər qardaşlarımı tək qoya bilmərəm” deyən Rəşad II Qarabağ müharibəsi dövründə Füzuli və Xocavəndin azad olunması uğrunda savaşıb.

Könüllü əsgər Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperlə açılan atəş nəticəsində şəhid olub. 

Qeyd edək ki, şəhid Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olub. Orta təhsilini Bakıda alan Rəşad Sumqayıt Dövlət Universitetində ali təhsilə yiyələnir. Rəşad universitet illərində ictimai fəallığı ilə seçilən tələbələrdən olub.

2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının könüllüsü olub. Könüllü fəaliyyətinə görə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mükafatlandırılıb. Universiteti bitirdikdən Qazax rayonuna həqiqi hərbi xidmətə yollanır. 
Rəşad Mikayılzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldıqdan sonra ölkə başçısının müvafiq sərəncamların əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin