Bakı-Xırdalan-Sumqayıt sürətli qatarının Xırdalan stansiyasında turniket işləmədiyi üçün sərnişinlər kartlarını oxuda bilməyiblər.
Bizim.Media xəbər verir ki, sıxlıq yaranmasın deyə stansiyanın əməkdaşı bildirib ki, kartları Bakıda qatardan düşəndə qeydiyyatdan keçirsinlər.
Bu zaman isə sərnişinlərdən 60 qəpik əvəzinə bir manat gediş haqqı çıxılıb.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəsmisi Sənubər Nəzərova məsələyə belə aydınlıq gətirib:
"Bu gün səhər saatlarında Xırdalan stansiyasında internetin verilməsində yaranmış qısa fasiləyə görə turniketlərin iş fəaliyyətində texniki problem yaşanıb. Giriş və çıxış nöqtələrində kartların oxunmasında fasilələr baş verib. Yaranmış problemə görə sistem giriş kartının oxunmasını təyin edə bilmədiyindən gediş haqqı çıxış zamanı ən uzaq məsafəyə olan tarif üzrə hesablanmalı olub".
Sərnişinlərin balansından tutulan 40 qəpik ödənişə gəlincə, Sənubər Nəzərova bildirib ki, gün ərzində əlavə hesablanmış gedişhaqları vətəndaşların hesablarına qaytarılacaq.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media