Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun həbs müddəti UZADILDI

Hazırda oxunan: Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımovun həbs müddəti UZADILDI

193130

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımovun həbs müddəti uzadılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

İş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq, məhkəmə F. Qasımovun barəsində həbs qətimkan tədbirinin müddətinin 3 ay uzadılmasına qərar verib.
Qeyd edək ki, Fazil Qasımov Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin