Kürdəmirdə Girdimançaydan sel keçib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, sel bu gün Girdimançayın rayonun Ərşəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Təqribən 1-2 saat davam edən sel suları çayətrafı ərazilərə nisbətən ziyan vurub. Bəzi ərazilərdə sakinlərin əkdikləri kartof sahələri ziyan görüb.
Qeyd edək ki, çaydan yenidən selin keçəcəyi istisna olunmur. Həmin kadrları sizlərə təqdim edirik.
Bizim.Media, Aran bürosu.