Nazirlər Kabineti “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”i təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Azərenerji” ASC ötürücü şəbəkəyə münasibətdə, “Azərişıq” ASC paylayıcı şəbəkəyə münasibətdə elektrik şəbəkələrinin mühafizə zonaları barədə cari vəziyyətə dair məlumatları elektron qaydada üç ay müddətində İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Gərginliyi 1 000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında qanun ləğv edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:39 / 20.05.2024
Elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər TƏSDİQLƏNİB
Hazırda oxunan: Elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər TƏSDİQLƏNİB
Hazırda oxunan: Elektrik şəbəkələrinin mühafizə zonaları ilə bağlı tələblər TƏSDİQLƏNİB
193122
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.