21 may 1805-ci ildə Rusiya- Qacarlar dövləti arasındakı müharibənin (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya ilhaq edilmişdi.
Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Lakin bu, işğalı pərdələmək üçün idi. Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarını (1805) ələ keçirməklə Rusiya Azərbaycan torpaqlarının istilasını genişləndirdi.
Bəs, mayın 21-də dünyada daha hansı hadisələr baş verib?
1. 21 may 1840-cı ildə Yeni Zelandiya İngiltərə koloniyası olur.
2. 1847-ci ilin 21 may tarixindә Osmanlı İmperiyasının son dövründә vәtәndaşların sosial rifahının yüksәldilmәsi mәqsәdilә mәqsәdilә bir sıra islahatlar hәyata keçirilib.
3. 21 may 1851-ci ildə Avstraliyada qızıl aşkar edilib.
4. 1904-cü ilin 21 may tarixindә Beynәlxalq Futbol Federasiyaları Asosiasiyası (FİFA) 7 ölkәnin iştirakı ilә Parisdә qurulub.
5. 21 may 1917-ci ildə Böyük Atlanta yanğını baş verib.
21 may 1930-cı ildə Moskvada Yuqoslaviya komunnist partiyası liderləri həbs olunmuşdur.
6. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurub.
7. 21 may 2003-cü ildə Əlcəzairdə zəlzələ 2000 çox insanın həyatına son qoyub.
8. 2003-cü ilin bu günü ilk dəfə Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd edilib. BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilən bu günün məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa cəhd göstərən insanların birliyini formalaşdırmaqdır.
Mayın 21-də bu şəxsiyyətlər xatırlanır:
1. 21 may 1906-cı ildə SSRİ Xalq artisti, rejissor, aktyor Sergey Gerasimov (1906-1985) anadan olub.
2. 21 may 1922-cı ildə şairə, dramaturq Cahan Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.
3. 21 may 1928-ci ildə Tanınmış aktrisa, Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” Kinostudiyasında “Onun böyük ürəyi”, “Koroğlu”, “Əsl dost”, “Yenilməz batalyon” filmlərinə çəkilib.
4. 1971-ci ilin 21 may tarixindә Türkiyәnin mәşhur teatr xadimi Avni Diliqil vәfat edib.
5. 21 may 2021-ci ildə Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahov (29.11.1928 – 2021) vəfat edib. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Səhər eşelonu” və s.
6. 1991-ci ilin 21 mayında Hindistanın görkəmli siyasi xadım Raciv Qandi (1944-1991) seçkiqabağı kampaniya zamanı “Tamil İlamin Azadlıq Pələngləri” terror təşkilatı tərəfindən sui-qəsd nəticəsində öldürülüb.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 21.05.2024
BİZİM TƏQVİM: 21 mayda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 21 mayda baş vermiş tarixi hadisələr
Hazırda oxunan: BİZİM TƏQVİM: 21 mayda baş vermiş tarixi hadisələr
193112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.