Qarabağ Universitetinin rektoru təyin olunan Şahin Bayramov KİMDİR? – DOSYE 

Hazırda oxunan: Qarabağ Universitetinin rektoru təyin olunan Şahin Bayramov KİMDİR? – DOSYE 

193106

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib.

Bizim.Media Şahin Bayramovun dosyesini təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Universitetinə rektor TƏYİN EDİLDİ - SƏRƏNCAM 


Ş.Bayramov 1979-cu il iyulun 4-də Mingəçevir şəhərində anadan olub. 1986-cı ildə Mingəçevir şəhər 5 saylı orta məktəbinin birinci sinfinə gedib, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.

O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olunub, 2000-ci ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə ADİU-nun magistraturasına qəbul olunub, 2003-cü ildə “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə ADİU-nun doktoranturasına qəbul olunub. 2011-ci ildə “Dünya iqtisadiyyatı” ixtisası üzrə “Avropa İttifaqının Qonşuluq Siyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.

Şahin Bayramov 2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadək ADİU-nun “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və əvəzçiliklə dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdə ADİU-nun Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə ADİU-nun Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2006-2014-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin eksperti, eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanunlarının layihələrinin hazırlanması üzrə İşçi Qruplarının üzvü olub.
O, 2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadək ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin sentyabrından ADİU-nun “Beynəlxalq iqtisadiyyat (ingilis dilli)” kafedrasında əvəzçiliklə dosent vəzifəsində çalışıb. 2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

2018-ci ilin mart-noyabr aylarında “Ümumdünya Sərgisi 2025 Bakı” (World EXPO 2025 Baku) təşəbbüsündə Azərbaycan Respublikası Təhsil Nazirliyinin koordinatoru olub.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, iki oğlu var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin